Qurban Qurbanov: “Qrup mərhələsində iştirak etmək üçün çox əziyyət çəkilib”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Frayburq”la UEFA Avropa Liqasının qrup mərhələsinin ilk tur oyunu üçün Almaniyaya səfərdən əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlama verib.

Komanda.az xəbər verir ki, “köhlən atlar”ın baş məşqçisi Bundesliqanın hazırkı liderinə qarşı oynayacaqlarını deyib:

“Bundesliqanın hazırkı liderinə qarşı oynayacağıq. İndiyədək qrup mərhələsində iştirak etmək üçün çox əziyyət çəkilib. Əlbəttə, istərdik ki, Çempionlar Liqasının qrup mərhələsində oynayaq. Bundan ötrü oyundan-oyuna qarşımıza hədəf qoyurduq. Amma alınmadı. Dəfələrlə demişəm ki, qrup mərhələsində oynamaq böyük təcrübədir. Bu, həm də futbolçularımızın daha da inkişaf etmələri baxımından sevindiricidir”.

Sentyabrın 8-də Frayburq şəhərindəki “Europa-Park” stadionunda keçiriləcək “Frayburq” – “Qarabağ” matçı saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button