“ABU Arena”nın adı dəyişdirilir

2004-cü ildə sırf həndbol üçün istismara verilən “ABU Arena”nın adı dəyişdirilir.

Komanda.az xəbər verir ki, tikildiyi dövrdən heç bir təmir işləri aparılmadığından, son dövrlərdə arenada normal fəaliyyət göstərmək mümkün deyildi.

Hazırda Azərbaycan Həndbol Federasiyası tərəfindən idman kompleksində təmir-bərpa işləri həyata keçirilir. Təmir işlərindən sonra “AHF Arena” kimi fəaliyyətini davam etdirəcək kompleksdə komandaların məşq etməsi, eyni zamanda oyunlar keçirməsi üçün əlverişli şərait yaranacaq. Komandaların maddi-texniki bazasının yaxşılaşdırılmasına və həndbolun inkişafına hesablanan müvafiq işlərin yaxın vaxtlarda başa çatdırılması planlaşdırılır. Bununla da, həndbolsevərlər həm Azərbaycan çempionatının, həm də avrokubok oyunları və milli komandaların seçmə mərhələ görüşlərini yenilənmiş “AHF Arena”da izləmək imkanı qazanacaqlar.

İyunun 7-8-də Avstriyanın Vyana şəhərində Avropa Həndbol Federasiyasının baş ofisində qurumun prezidenti Mixael Viederer və Azərbaycan Həndbol Federasiyanın prezidenti Saleh Məmmədovun iştirakı ilə keçirilən görüşdə Avropa çempionatının Bakıda təşkil olunması ilə bağlı müzakirələr aparılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button