“Fənərbaxça”dan ayrıldı, Super Liqanın digər klubuna keçdi
Türkiyənin “Fənərbaxça” klubu ilə qarşılıqlı razılıq əsasında yollarını ayırmış Stiven Kokerin yeni iş yeri müəyyənləşib.
Komanda.az xəbər verir ki, 30 yaşlı futbolçu Super Liqanın digər təmsilçisi “Fatih Karagümrük” komandasına keçib. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar.
Syerra Leone yığmasının üzvü olan Stiven Koker “Fənərbaxça”ya 2021-ci ilin yayında Türkiyənin digər klubu “Alanyaspor”dan gəlmişdi. Lakin heyətə düşməkdə çətinlik çəkən futbolçu icarə əsasında “Qaziantep”də oynamağa qərar vermişdi. O, daha öncə “Liverpul”, “Sauthempton”, “Suonsi Siti”, “Tottenhem”, “Bristol Siti”, “Kardiff Siti”, “Yeovil Taun”, “Dandi Yunayted” və KPR klublarında da forma geyinib, Syerra Leone yığmasında isə 8 oyun keçirib.
Bizi Facebook-da izləyin