“Qarabağ”ın rəqibinin futbolçusu: “Bizə üç əla rəqib düşüb”

Almaniyanın “Frayburq” klubunun yarımmüdafiəçisi Mixael Qreqoriç Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini dəyərləndirib.

Komanda.az xəbər verir ki, avstriyalı futbolçu “Qarabağ”, “Olimpiakos” (Yunanıstan) və “Nant” (Fransa) barədə bunları söyləyib:

“Bizə üç əla rəqib düşüb və üç əla səfərimiz olacaq. Bu rəqiblərlə oyunları səbirsizliklə gözləyirəm. Əsas istəyimiz daha da inkişaf etməkdir. “Şturm”la (Qrats) eyni qrupa düşməyimizi istəyirdim. Bu komanda ilə rəqib kimi doğma ölkəmdə oynasaydıq, daha xoşbəxt olardım. Lakin təəssüf ki, püşk zamanı “Şturm”un 4-cü səbətdən adı “Nant”dan daha erkən çıxdı”.

“Frayburq” Avroliqada ilk görüşünü sentyabrın 8-də “Europa Park” stadionunda “Qarabağ”a qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button