Yeni müqavilə təklif ediləcək – PSJ-nin istədiyi futbolçuya

“İnter” yay transfer pəncərəsi dövründə müdafiəçisi Milan Skriniarla yollarını ayırmaq fikrində deyil.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu futbolçu üçün yeni müqavilə hazırlayır. Bu isə o deməkdir ki, “İnter” rəhbərliyi PSJ-nin 60 milyon avroluq təklifi ilə razılaşmayacaq.

Skriniar 2017-ci ilin yayında “İnter”ə keçib. O vaxtdan bəri slovakiyalı müdafiəçi 217 oyunda 11 qol vurub və 4 məhsuldar ötürmə edib. Tərəflər arasında müqavilə bu mövsümün sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button