Bu gün “Qarabağ”ın Avropa Liqasındakı rəqibləri məlum olacaq
Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılacaq.
Komanda.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərindəki tədbir saat 15:00-da başlayacaq.
Püşkatmada “Qarabağ”ın da qrupdakı rəqibləri müəyyənləşəcək. Azərbaycan çempionu püşkatmaya 2-ci səbətdən qatılacaq.
1-ci səbət: “Roma”, “Latsio” (hər ikisi İtaliya), “Mançester Yunayted”, “Arsenal” (hər ikisi İngiltərə), “Braqa” (Portuqaliya), “Srvena Zvezda” (Serbiya), “Dinamo” (Kiyev, Ukrayna), “Olimpiakos” (Yunanıstan)
2-ci səbət: PSV, “Feyenoord” (hər ikisi Niderland), “Renn”, “Monako” (hər ikisi Fransa), “Real Sosyedad” (İspaniya), “Qarabağ” (Azərbaycan), “Malmö” (İsveç), “Ludoqorets” (Bolqarıstan)
3-cü səbət: “Şerif” (Moldova), “Betis” (İspaniya), “Midtülland” (Danimarka), “Budo Qlimt” (Norveç), “Ferentsvaroş” (Macarıstan), “Yunion”, “Frayburq” (hər ikisi Almaniya), “Fənərbaxça” (Türkiyə)
4-cü səbət: “Nant” (Fransa), HJK (Finlandiya), “Şturm” (Avstriya), AEK (Larnaka), “Omoniya” (hər ikisi Kipr), “Yunion” (Belçika), “Sürix” (İsveçrə), “Trabzonspor” (Türkiyə)
Avropa Liqasında qrup mərhələsi sentyabrın 8-də start götürəcək.
Bizi Facebook-da izləyin