Fransalı azarkeşlər Ronaldo ilə bağlı aksiya başladıb

Fransalı azarkeşlər sosial şəbəkədə #RonaldOM həştəqi ilə fləşmob başladaraq, portuqaliyalı hücumçu Kriştiano Ronaldonu “Marsel”ə keçməyə çağırıblar.

Komanda.az xəbər verir ki, bu planlaşdırılmamış hərəkət jurnalist Mohamed Hennynin Marsel klubunun “7 nömrə”si olan oyunçusu Conatan Klossla bağlı yanlışlıqla video yayımlamasından sonra başlayıb.

Video yayımlanandan sonra azarkeşlər də “Marsel”in sosial media hesablarına baxmaq qərarına gəliblər və Ronaldo ilə bağlı fləşmob başladılıb. Bundan əvvəl də Ronaldonun Fransa klubuna mümkün transferi ilə bağlı şayiələr var idi. Ona görə də, azarkeşlər belə bir aksiya təşkil etmək qərarına gəliblər.

Bu yay Ronaldonun Avropa klublarından birinə keçəcəyi ilə bağlı çoxlu şayiələr yayılıb. Amma portuqaliyalı hücumçu hələ də “Mançester Yunayted”in düşərgəsindədir və onun gələn ilin yayında başa çatacaq müqaviləsinin sonuna kimi İngiltərə klubunda qalacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button