“Hamı onun qalmasını istəyir” – Lempard

“Everton”un baş məşqçisi Frenk Lempard klubun qapıçı Cordan Pikfordla müqaviləni uzatmaq istəyindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi, Pikfordun vacib oyunçu olduğunu deyib:

“Klub Pikfordla danışıqlar aparır. O, bizim üçün vacib oyunçudur. Hamı onun qalmasını istəyir və Pikford burada çox xoşbəxtdir”.

Pikford 2017-ci ilin yayından “Everton”da çıxış edir. 28 yaşlı ingiltərəli qolkiper ötən mövsüm Premyer Liqada 35 oyuna çıxıb, 58 qol buraxıb və 7 dəfə qapısını toxunulmaz saxlayıb. Onun klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button