“Neftçi” üçün İrandan rəqib


Antalyada təlim-məşq toplanışında olan “Neftçi” hazırlıq çərçivəsində əvvəlcədən nəzərdə tutulduğu kimi, 3 yox, 4 yoxlama oyunu keçirəcək.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, buna səbəb İranın “İstiqlal” klubundan gələn təklifdir. Sınaq matçı ilə bağlı təklifi müsbət dəyərləndirən “ağ-qaralar” yanvarın 20-də Tehran təmsilçisi ilə qarşılaşacaq.

“Arslan Zeki Demirci” idman kompleksinin meydanında baş tutacaq görüş saat 16:30-da start götürəcək.

“İstiqlal” martda keçiriləcək Asiya Çempionlar Liqasının qrup mərhələsinin oyunlarına hazırlaşır. Tehran komandasını 2010/11 mövsümündə “Bakı”nın baş məşqçisi olmuş almaniyalı Vinfrid Şefer çalışdırır.

“Neftçi” hazırlıq çərçivəsində yanvarın 18-də “Qaz Metan” (Rumıniya), 23-də “Slovan” (Liberets, Çexiya), 26-da isə “Beroe” (Bolqarıstan) klubları ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button