“Mən vaxt itirə bilməzdim” – Sterlinq

“Çelsi”nin hücumçusu Rahim Sterlinq “Mançester Siti”dən niyə London klubuna keçməsinin səbəbini açıqlayıb.

Komanda.az “Eurosport”-a istinadən xəbər verir ki, 27 yaşlı ingilis futbolçu daha çox oyun praktikasına sahib olmaq üçün belə bir addım atıb:

“Mən vaxt itirə bilməzdim. Oyun səviyyəmi qorumalı idim. 17 yaşımdan start heyəti oyunçusu olmuşam. Müntəzəm oynamadan karyeramın zirvəsinə çata bilməzdim. Bunun baş verməsinə icazə verə bilməzdim. Mənim elə bir xarakterim var ki, vəziyyəti dəyişmək üçün mübarizə aparmağa çalışdım, amma bu baş vermədi. “Çelsi”yə keçmək şəxsi iddialarıma və ailəmin istəklərinə uyğun idi”.

Sterlinq bildirib ki, “Çelsi”nin layihəsini bəyənir:

“Çelsi” kuboklar üçün mübarizə aparır, bu komanda daha yaxşı olacaq. Təbii ki, “Mançester Siti”də neçə il keçirdiyimi nəzərə alsaq, ayrılmaq çətin idi. Bu klubla bağlı çoxlu xatirələr var, orada çoxlu xoş anlar yaşadım.

Londonda özümü evə qayıtmış kimi hiss edirəm. Mən buranı çoxdan, 14-15 yaşım olanda tərk etmişdim”.

İyulun 13-də London klubu Sterlinqlə müqavilə imzaladığını elan edib. Hücumçu ilə müqavilə 2027-ci il iyunun 30-na kimi hesablanıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button