Avroliqada 3-cü təsnifat mərhələsi yekunlaşdı
Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.
Komanda.az xəbər verir ki, sonuncu oyun günündə daha 6 cavab görüşü keçirilib.
Türkiyə “Fənərbaxça”sı Çexiyada “Slovaçko”nun qonağı olub. İstanbuldakı ilk matçda rəqibini 3:0 hesabı ilə məğlub edən Türkiyə təmsilçisi səfərdə heç-heçə etməklə növbəti mərhələyə yüksəlib.
“Fənərbaxça” ilə yanaşı, HJK (Finlandiya), “Sürix” (İsveçrə), “Malmö” (İsveç), “Olimpiakos” (Yunanıstan) və AEK (Larnaka, Kipr) də pley-offa yüksəlib.
Avropa Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
9 avqust
Şkupi (Şimali Makedoniya) – Şemrok Rovers (İrlandiya) 1:2
İlk oyun – 1:3
11 avqust
HJK (Finlandiya) – Maribor (Sloveniya) 1:0
İlk oyun – 2:0
Slovaçko (Çexiya) – Fənərbaxça (Türkiyə) 1:1
İlk oyun – 0:3
Sürix (İsveçrə) – Linfild (Şimali İrlandiya) 3:0
İlk oyun – 2:0
Düdelanj (Lüksemburq) – Malmö (İsveç) 2:2
İlk oyun – 0:3
Slovan (Bratislava, Slovakiya) – Olimpiakos (Yunanıstan) 2:2 (penaltilər 3:4)
İlk oyun – 1:1
Partizan (Serbiya) – AEK (Larnaka, Kipr) 2:2
İlk oyun – 1:2
Bizi Facebook-da izləyin