Azərbaycan çempionatları tarixində 13000-ci qol vuruldu

Azərbaycan çempionatları tarixində 13000-ci qol vurulub.

Komanda.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, yubiley qolu Azərbaycan Premyer Liqasının 1-ci turunun “Sabah” – “Sumqayıt” görüşünə (3:0) təsadüf edib.

Qarşılaşmadakı sonuncu qolun müəllifi olan Kristian Sebalyos ölkə çempionatlarının 30 illik tarixinə düşüb. O, 13000 qolun müəllifi olub.

Bu, baş tutan 5100-cü qarşılaşmaya təsadüf edib. Daha 278 matçda texniki nəticə qeydə alınıb.

Ölkə çempionatlarının ilk qoluna Mehman Alışanov imza atıb. O, 1992-ci il mayın 3-də keçirilən “Qarabağ” – “İnşaatçı” (Sabirabad) görüşündə qonaqların qapısına yol tapıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button