“Ferentsvaroş” aparıcı futbolçusunu itirdi
Macarıstan “Ferentsvaroş”unun futbolçusu Sami Mmae Bakıda “Qarabağ”a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda zədələnib.
Komanda.az xəbər verir ki, belçikalı müdafiəçi ayağından xəsarət alıb.
Oyuna davam edə bilməyən 26 yaşlı futbolçu 57-ci dəqiqədə Rasmus Telanderlə əvəzlənib.
Oyun 1:1 hesabı ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin