AFFA VAR sistemi üçün sponsor tapdı
AFFA ilə “PAŞA Sığorta” şirkəti arasında VAR (videoköməkçi hakim) sisteminin sponsorluğu ilə bağlı müqavilə imzalanıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bir illik sözləşməyə əsasən, Bakı Olimpiya Stadionundakı VAR otaqları “PAŞA Sığorta VAR otaqları” adlanacaq.
Müqaviləni AFFA-nın baş katibi Sərxan Hacıyev və “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova imzalayıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin