“Qarabağ”la oyunlar “Ferentsvaroş” üçün daha çətin olacaq” – rusiyalı məşqçi
“Rubin”in keçmiş baş məşqçisi Rinat Bilyaletdinov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ” – “Ferentsvaroş” oyunları haqda Rusiya mətbuatına açıqlama verib.
Komanda.az xəbər verir ki, Bilyaletdinov, rusiyal mütəxəssis Stanislav Çerçesovun baş məşqçisi olduğu Macarıstan komandası üçün “Qarabağ”la oyunların çətin keçəcəyini bildirib:
“Növbəti mərhələ Stanislav Çerçesov və “Ferentsvaroş” üçün daha çətin olacaq. “Qarabağ”ın bu rəqibi (“Sürix”i) neсə keçməsi aydın deyil. İsveçrə çempionatı milli komandası kimi yaxşıdır. Onlar həmişə yüksək səviyyədə oynayırlar. Azərbaycan klubunda güclü legionerlər və ölkə millisinin aparıcı üzvləri çıxış edir”.
“Qarabağ” “Ferenstvaroş”la ilk matçını avqustun 3-də Bakıda, cavab oyununu isə avqustun 9-da Budapeştdə keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin