Çerçesov “Qarabağ”ın oyununa “kəşfiyyatçı” göndərib

“Nümayəndələrimizdən biri İsveçrədə, “Qarabağ”ın oyununda idi. O, rəqibi təhlil etməyə köməklik göstərəcək”.

Komanda.az xəbər verir ki, bunu “Ferentsvaroş”un (Macarıstan) baş məşqçisi Stanislav Çerçesov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibləri olan “Qarabağ” haqqında danışarkən deyib.

59 yaşlı rusiyalı mütəxəssis hələlik yerli çempionatı düşündüklərini bildirib. O, liqadakı ilk matçda yaxşı çıxış etməyin vacib olduğunu vurğulayıb.

“Qarabağ” “Ferentsvaroş”a qarşı ilk oyunu 2 və ya 3 avqustda evdə, cavab matçını isə avqustun 9-da Budapeştddə keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button