“Frenki de Yonq “Barselona”nı məhkəməyə verməlidir”
“Mançester Yunayted”in və İngiltərə millisinin keçmiş müdafiəçisi Qari Nevill “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqa hüquqi addım atmağı məsləhət görüb.
Daha əvvəl məlum olmuşdu ki, kataloniyalıların baş məşqçisi Xavi niderlandlı futbolçudan maaşının 50 faiz azaldılmasını istəyib.
Komanda.az xəbər verir ki, Nevill bu məsələ ilə bağlı sosial media səhifəsində yazıb:
“Frenki de Yonq “Barselona”nı məhkəməyə verməli və bütün oyunçular onu dəstəkləməlidir. Yeni oyunçulara sərvət xərcləyən və müqaviləsi olanlara pul verməyən klub qanunu pozur. FIFPro bu vəziyyəti düzəltmək üçün hər cür səy göstərməlidir”.
Bildirilir ki, de Yonq maaşının azalmasına razı olmasa, o zaman məvacib limitinə görə “Barsa” onu növbəti mövsüm üçün sifariş etməyəcək və çox güman ki, futbolçu klubu tərk etmək məcburiyyətində qalacaq.
“Mançester Yunayted” uzun müddətdir ki, Frenki de Yonqla yaxından maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin