ÇL: “Qarabağ”ın potensial rəqiblərinin oyununda 3 qol

Bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində növbəti oyunlar keçirilib.

Komanda.az xəbər verir ki, növbəti oyun günündə 5 qarşılaşma baş tutub.

Türkiyə təmsilçisi “Fənərbaxça” Polşada Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə üz-üzə gəlib. Bu qarşılaşmada qapılara qol vurulmayıb.

HJK Finlandiyada Çexiyanın “Viktoriya” (Plzen) komandası ilə oyundan məğlub ayrılıb. “Makkabi” (Hayfa) isə İsraildə Yunanıstan “Olimpiakos”u ilə görüşdən heç-heçə ilə ayrılıb.

“Qarabağ”ın növbəti raunddakı potensial rəqiblərindən olan “Ferentsvaroş” Macarıstanda Slovakiyanın “Slovan” (Bratislava) kollektivini sınağa çəkib. Üç qolun qeydə alındığı bu oyunda qonaqlar qələbə qazanıblar.

Nəhayət, günün sonuncu matçında Moldova “Şerif”i Sloveniyada “Maribor”un qonağı olub. Bu oyunda qapılara qol vurulmayıb.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları

20 iyul

HJK (Finlandiya) – Viktoriya (Plzen, Çexiya) 1:2

Makkabi (Hayfa, İsrail) – Olimpiakos (Yunanıstan) 1:1

Ferentsvaroş (Macarıstan) – Slovan (Bratislava, Slovakiya) 1:2

Dinamo (Kiyev, Ukrayna) – Fənərbaxça (Türkiyə) 0:0

Maribor (Sloveniya) – Şerif (Moldova) 0:0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button