Şeran Yeini: “Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq”

İsrailin “Makkabi” (Təl-Əviv) komandasının müdafiəçisi Şeran Yeini Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Zirə”yə qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:

“Üçüncü dəfədir Azərbaycana gəlirəm. Əvvəlki görüşlərimizdə 0:0 və 1:1 hesabı qeydə alınmışdı. Çalışacağıq ki, ən yaxşı oyunumuzu nümayiş etdirək”.

Sabah “Dalğa Arena”da baş tutacaq “Zirə” – “Makkabi” matçına saat 20:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button