UEFA reytinqi: Azərbaycan xal ehtiyatını artırdı

Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını artırıb.

Komanda.az xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında “Sürix” (İsveçrə) üzərində qazandığı 3:2 hesablı qələbə sayəsində mümkün olub. Qələbə Azərbaycanın aktivinə daha 0,250 xal gətirib.

Amma Azərbaycan bu mövsüm üzrə xal sayını 0,500-ə, son 5 mövsümdə isə 13,125-ə çatdırmasına rəğmən, 29-cu pillədə qalıb. 28-ci pillədə isə 14,000 xalla Polşa qərarlaşıb.

Azərbaycanın Konfrans Liqasındakı təmsilçiləri “Neftçi”, “Zirə” və “Qəbələ” yarışa 2-ci təsnifat mərhələsindən start verəcəklər.

Reytinq siyahısında dəyişikliklər daha aşağı pillələrdə baş verib. Bosniya və Herseqovina aktivindəki xallarının sayı 8,875-ə çatdıraraq 35-ci pilləyə yüksəlib. 36-cı mövqeyə düşən Latviyanın da eyni xalı var. Finlandiya isə 8,750 xalla 37-ci yerə enib.

Geriləyənlərdən biri də Ermənistandır. Ermənilər 8,125 xalla 41-ci yerə düşüb. Əvəzində Şimali İrlandiya 8,208 xalla 40-cı pilləyə yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button