Fransa klubu Marselodan imtina etdi

Fransanın “Lion” klubu sol cinah müdafiəçisi axtarır.

Komanda.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, “Lion”a “Real”ın keçmiş futbolçusu Marselo təklif olunub. Fransa klubu 34 yaşlı Marselonun namizədliyini nəzərdən keçirsə də, onun maliyyə tələbləri çox yüksək hesab edilib.

Marselo MLS klublarından “Los-Anceles”dən təklif alsa da, karyerasını Avropada davam etdirmək istəyir.

Marselo 2007-2022-ci illərdə “Real”da çıxış edib. O, Madrid komandası ilə 5 Çempionlar Liqası olmaqla 25 kubok qazanıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button