6 milyon məvacib verirlər – Razılaşmır

Hazırda azad agent statusunda olan Paulo Dibala hələ də özünə klub tapa bilməyib.

Komanda.az xəbər verir ki, Dibalaya “Roma” maraq göstərir. Ancaq argentinalı futbolçu “canavarlar”ın təklifini qəbul etməyib. Dibalanı maliyyə şərtləri razı salmayıb.

“Roma” ona 3 illik müqavilə və ildə 6 milyon avro məvacib vəd edib. Dibala təklifi qəbul etməsə də, tərəflər arasında danışıqların davam etdiyi bildirilir.

Paulo 2015-ci ildən “Yuventus”da çıxış edib. O, Turin nəhəngində keçirdiyi 293 oyunda 115 qol vurub, 48 qol ötürməsi edib.

Onu da qeyd edək ki, Dibalaya bir neçə İngiltərə klubunun da maraq göstərdiyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button