Seferoviç Türkiyə klubuna keçir
“Benfika”nın hücumçusu Haris Seferoviç icarə əsasında “Qalatasaray”a keçəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı isveçrəlinin İstanbul klubu ilə icarə müqaviləsi 2022/2023 mövsümünün sonuna kimi hesablanacaq.
“Qalatasaray”ın Seferoviçin müqaviləsini 3,5 milyon avroya almaq imkanının olacağı da qeyd edilir.
Seferoviç “Benfika”da ötən mövsümdə bütün turnirlərdə 15 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin