Belarus klubu ÇL matçını Türkiyədə keçirəcək

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Belarusun “Şaxtyor” (Soliqorsk) və Sloveniyanın “Maribor” komandaları arasındakı oyun Türkiyədə keçiriləcək.

Komanda.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə dəstək verən Belarus da UEFA tərəfindən ciddi sanksiyalarla üzləşib. Belə ki, bu ölkənin təmsilçiləri də ev oyunlarını Belarusda keçirə bilmirlər. Bu üzdən ölkə çempionu “Şaxtyor” da ÇL matçını başqa ölkədə keçirmək məcburiyyətində qalıb. Yekunda bu klub Türkiyənin “Yeni Sakarya Atatürk Stadionu”nu seçib.

İyulun 13-də keçiriləcək bu görüşdə azarkeşlərin də iştirakına icazə verilməyəcək. Tərəflər arasındakı ilk oyun isə iyulun 6-da Sloveniyada olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button