“Mançester Siti” qapıçısını satdı
İngiltərənin “Sauthempton” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi son İngiltərə çempionu “Mançester Siti”dən Qeyvin Bazunu və Türkiyənin “Altay” klubundan Mateuş Lisi transfer edib.
Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Hər iki qapıçı ilə 5 illik müqavilə imzalanıb.
“Altay”la müqaviləsinin müddəti başa çatan Lis, İngiltərə klubuna azad agent kimi qoşulub. O, 2021/22 mövsümünün əvvəlində Polşanın “Visla” klubundan Super Liqa təmsilçisinə transfer olunmuşdu. 25 yaşlı polşalı qolkiper Türkiyə təmsilçisində 35 matça çıxıb. O, daha öncə yalnız öz ölkəsinin klublarında forma geyinib.
Bazunu isə “Mançester Siti”dən 12 milyon funt-sterlinqə transfer olunub. İrlandiya yığmasının da üzvü olan 20 yaşlı qolkiper, 2019-cu ildən “şəhərlilər”in sıralarında idi. Lakin o, əsas komandada forma geyinməyib. 2020/21 mövsümündə “Roçdeyl”ə icarəyə verilən futbolçu, geridə qalan mövsümü də “Portsmut”da icarədə keçirib. O, daha öncə ölkəsində “Şemrok Rovers”in uğurları üçün çalışıb. Gənc qolkiper İrlandiya yığmasında indiyə qədər 10 oyuna çıxıb.
Bizi Facebook-da izləyin