Mourinyonun ağlatdığı futbolçu

“Mançester Yunayted”in gənclər komandasının, Fransanın “Lill” klubunun keçmiş oyunçusu Anxel Qomes Joze Mourinyonun onu göz yaşlarına boğduğunu xatırladıb.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, Qomes keçmiş günlərdən danışarkən bu məsələyə toxunub:

“Bir gün Mourinyo U-21-lə oyun keçirdikdən sonra məni birinci komanda ilə kubok oyununa apardı. Biz nahar masasında oturduq və o, bütün oyunçularla söhbət etdi. Sonra mənə baxdı və dedi: 

“Bəli, mən sənin yanındayam!”

Mən onun zarafat etdiyini düşündüm. Səbəbini soruşdum, bir gün öncəki çıxışımı misal gətirdi. Yəqin pis oynadığımı düşünmüşdü. Amma mən bu qədər pis oynadığımı düşünmürdüm. Lakin o, patrondur, yaxşı oynamadığımı düşünürsə, demək ki, elədir.

Düşündüm ki, “lənət olsun, mənə nifrət edir”. Otağıma qayıdıb göz yaşları içində atama zəng etdim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button