“Bu klubda böyük bir “qızıl kitab” yazdım” – Dani Alveş
“Barselona”nın sabiq braziliyalı müdafiəçisi, 39 yaşlı Dani Alveş klubu tərk etdiyini elan etdikdən sonra sosial şəbəkədə azarkeşlərə müraciət edib.
Komanda.az xəbər verir ki, o, klubda qalanların yeni tarix yazacağına inandığını deyib:
“Əziz azarkeşlər, bizim vidalaşmaq vaxtımız gəldi. Ömrümün səkkiz ildən çoxunu bu kluba həsr etmişəm… Amma həyatda hər şey olduğu kimidir, illər ötüb keçir, yollar ayrılır, bir müddət ayrı-ayrı yerlərdə hekayələr yazılır. Məni qovmağa çalışdılar, bacarmadılar (gülür). Ona görə də, siz mənim malik olduğum möhkəmliyi təsəvvür edə bilməzsiz.
Diqqət mərkəzində olanlara, bizi mükəmməl edənlərə təşəkkür etmədən gedə bilmərəm, hamınıza təşəkkür edirəm!
Mənə bu kluba qayıtmaq və yenidən bu gözəl formanı geyinmək imkanı verdiyi üçün bütün heyətə təşəkkür etmək istərdim, nə qədər xoşbəxt olduğumu bilmirsiz…
Ümid edirəm ki, burada qalanlar bu gözəl klubun yeni tarixini yazacaqlar, bunu ürəkdən arzulayıram. Bu klubda böyük bir “qızıl kitab” yazdım – 23 kubok qazanıldı. Bütün bunlar çox gözəl bir dövrü bağlayır, lakin başqa, daha mürəkkəb bir dövrü açır.
Qoy dünya həmişə xatırlasın – bir aslan, hətta 39 yaşında olsa da, həmişə yaxşı və çılğın aslan olaraq qalır! Əbədi – irəli, “Barsa!”
Bizi Facebook-da izləyin