“Nəticədən çox məmnunam” – Ranqnik

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik UEFA Millətlər Liqasında Xorvatiyaya (3:0) qalib gəldikləri oyun haqqında danışıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi nəticədən məmnun olduğunu deyib:

“İlk 25 dəqiqədə problemlər yaşadıq, lakin fasiləyə qədər önə keçdik və bu, bizim xeyrimizə oldu. İkinci hissədə çox yaxşı oynadıq, iki gözəl qol vurduq. Düzdür, daha çox qol vura bilərdik. Yenə də, nəticədən çox məmnunam”.

Bu, Ralf Ranqnikin Avstriya milli komandasının baş məşqçisi kimi keçirdiyi ilk oyun idi. Avstriya millisi Millətlər Liqasında növbəti oyununu iyunun 6-da Danimarkaya qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button