Bakıdakı dünya kubokunda ilk finallar başa çatdı

Bakıda keçirilən atıcılıq üzrə dünya kubokunda finallar davam edir.

Komanda.az xəbər verir ki, 10 metr məsafəyə tapança atıcılığı üzrə qadınlar arasında finalın qalibi polşalı atlet Klaudiya Bres olub.

Fransalı Kamilla Yedrjeyevski gümüş, bolqarıstanlı Antuaneta Kostadinova bürünc medala yiyələniblər.

Kişilər arasında 10 metr məsafəyə tapança atıcılığında isə finalın qalibi serbiyalı Damir Mikeç olub. Bolqarıstanlı Kaloyan Stamenov gümüş, almaniyalı Maykl Şvald bürünc medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button