Yeni müqavilə istəyir – Qətərə getmək üçün
“Barselona” 39 yaşlı müdafiəçi Dani Alveşlə yeni müqavilə bağlamağa yaxındır.
Komanda.az UOL nəşrinə istinadən xəbər verir ki, braziliyalı futbolçu bu il Qətərdə keçiriləcək dünya çempionatında iştirak etmək istəyir. Bunun üçün o, karyerasını davam etdirmək niyyətindədir.
“Sambaçı” bu mövsüm 16 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Alveşin “Barselona” ilə müqaviləsi bu mövsümün sonunadək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin