Futbol tarixində belə şey olmamışdı
İspaniyalı futbol hakimi Mateo Laos bu gün tarixə düşəcək.
Komanda.az xəbər verir ki, 45 yaşlı Laos iki gün ərzində iki final matçını idarə edəcək. Futbol tarixində indiyədək belə şey olmayıb.
İspaniyalı referi mayın 19-da “Əl-Hilal” və “Əl-Feyha” komandaları arasında Səudiyyə Ərəbistanı kubokunun həlledici oyununda iş başında olub.
Laos bu gün Yunanıstan kubokunun final matçını da idarə edəcək. “Panatinaikos” – PAOK qarşılaşması saat 21:00-da başlayacaq.
“Əl-Feyha” əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan oyunun penaltilər seriyasında “Əl-Hilal”ı məğlub edib – 3:1.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin