“Messi Argentina millisinə gələndə tamamilə fərqli olur”
Argentina millisinin sabiq üzvü Karlos Teves PSJ-nin hücumçusu Lionel Messinin klubda və yığma komandada oyunundakı fərq barədə danışıb.
Komanda.az “El Nueve”-yə istinadən xəbər verir ki, Tevesin sözlərinə görə, 34 yaşlı argentinalı hücumçu PSJ-də Argentina millisində olduğundan daha az xoşbəxtdir.
“PSJ-də Messi sadəcə bir şəxsdir. Amma o, Argentina millisinə gələndə tamamilə fərqli olur”.
Messi bu mövsüm PSJ ilə bütün turnirlərdə 33 oyunda 11 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin