Levandovski qalır, yoxsa… – Prezident nöqtə qoydu

“Bayern”in prezidenti Herbert Hayner Robert Levnadovskinin komandanı tərk edib-etməyəcəyi ilə bağlı məsələyə münasibət bildirib.

Komanda.az xəbər verir ki, Hayner, polşalı hücumçunun komandada qalacağını əminliklə vurğulayıb:

“Son günlər bu haqda bir neçə dəfə açıqlama vermişəm. Bir daha xatırladıram: Robertin müqaviləsi gələn ilin yayında başa çatır. O, müqavilə şərtlərini yerinə yetirəcək”.

Bir müddət əvvəl məlumat yayılmışdı ki, Levandovski “Barselona”ya keçəcək.

Polşalı hücumçu bu mövsüm Bundesliqada 34 oyuna çıxıb, 35 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button