“Hər şey yaxşı olacaq” – Noyer

“Bayern”in qapıçısı Manuel Noyer klubla müqavilənin uzadılması üçün aparılan danışıqlar haqda açıqlama verib.

Komanda.az DAZN-a istinadən xəbər verir ki, alman qolkiper danışıqların yaxşı getdiyini söyləyib:

“Yeni müqaviləmlə bağlı danışıqlar çox yaxşı gedir. Çox vaxtımız var. Hər şey yaxşı olacaq”.

Noyerin klubla hazırkı müqaviləsi 2023-cü ilin iyununda başa çatır. O, 2011-ci ildən “Bayern”də çıxış edir.

Noyer cari mövsümdə “Bayern”in heyətində bütün turnirlərdə 38 oyun keçirib, 36 qol buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button