“Liverpul” rekord məbləğə sponsorluq müqaviləsi imzalaya bilər

İngiltərənin “Liverpul” klubu ilə “Standard Chartered” bankı arasında yeni sponsorluq müqaviləsi bağlana bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Tərəflər arasında mövcud müqavilə 2023-cü ildə başa çatır və uzadılacağı təqdirdə, məbləğ iki dəfə arta bilər.

Hazırda bank kluba ildə təxminən 47 milyon avro ödəyir və adı “Liverpul”un formalarında qeyd olunur. Yeni müqaviləyə əsasən, “Standard Chartered” bu məbləği iki dəfə artıra bilər – 95 milyon avroya qədər. Belədə, bu sponsorluq müqaviləsi futbol tarixində rekord olacaq.

“Liverpul”un digər şirkətlərlə də danışıqlar apardığı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button