“Ən yaxşı səviyyəmə çatmağa çalışacam” – Ramos
PSJ-nin müdafiəçisi Serxio Ramos Fransa çempionatının 35-ci turunda “Strasburq”la keçirdikləri oyun (3:3) haqda danışıb.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, ispan futbolçu “Strasburq”un çox əzmkar komanda olduğunu deyib:
“Onlar təslim olmadılar və son dəqiqəyə qədər mübarizəni davam etdirdilər. Daha yaxşı oynaya, bəzi şeyləri yaxşılaşdıra bilərik.
Meydana qayıtdığım üçün xoşbəxtəm. Çox şadam ki, tez-tez oynayıram. Mövsümün sonunda və gələn mövsümdə ən yaxşı səviyyəmə çatmağa çalışacam”.
Ramosun PSJ ilə müqaviləsi 2023-cü ildə başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin