Salah ilin futbolçusu seçildi
Məhəmməd Salah İngiltərədə ilin futbolçusu seçilib.
Komanda.az xəbər verir ki, “Liverpul”un və Misir millisinin hücumçusu jurnalistlər arasında səsvermənin qalibi olub.
Respondentlərin 48 faizi səsini Salaha verib. “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Brunye ikinci, “Vest Hem”in üzvü Deklan Rays isə üçüncü yeri tutub.
Salah bu mükafata ikinci dəfə layiq görülüb. O, 2018-ci ildə də jurnalistlər tərəfindən ilin ən yaxşısı seçilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin