“Şah” bu gün Karlsenlə üz-üzə gələcək
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının üçüncü mərhələsində bu gün sonuncu görüşünü keçirəcək.
Komanda.az xəbər verir ki, 37 yaşlı qrossmeyster “Oslo Esports Cup”ın 7-ci turunda Karlsenlə üz-üzə gələcək.
Şəhriyar ilk turda vietnamlı Le Kuanq Lyeyə, beşinci və altıncı turda müvafiq olaraq niderlandlı Aniş Giri və Yorden van Forestə qalib gəlib. O, 2, 3 və 4-cü turlarda ardıcıl olaraq hindistanlı Rameşbabu Praqnanandhaya, kanadalı Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub.
Hazırda 8 xalı olan Məmmədyarov 6-cı pillədə qərarlaşıb. 12 xala malik Karlsen isə Praqnanandha ilə 1-2-ci yerləri bölüşdürür.
Turnirin mükafat fondu 210 000 dollardır.
Bizi Facebook-da izləyin