“Mançester Yunayted”ə “yox” dedi

“Çelsi”nin müdafiəçisi Antonio Rüdiger “Mançester Yunayted”in təklifini rədd edib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Rüdiger “Çelsi”yə olan hörmətinə görə bu addımı atıb. “Qırmızı şeytanlar” 29 yaşlı almaniyalı oyunçuya illik 10 milyon avro maaş ödəməyə hazırdır. 

Mançester klubuna müsbət cavab verməyən Rüdigerin mövsümün sonunda “Real”a keçəcəyi gözlənilir. Onun gələn həftə “kral klubu” ilə şərti razılıq əldə edəcəyi deyilir. Onun “Real”la 4 illik müqavilə imzalayacağı bildirilir. 

Rüdigerin “Çelsi” ilə müqaviləsi mövsümün sonunda bitir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button