UEFA rəsmiləri “Qəbələ”ni ziyarət etdilər
“Qəbələ” Premyer Liqa klubları arasında “Klub tərəfdaşı ilə birgə sosial media aktivasiyası” üzrə mart-aprel aylarında keçirilmiş qrant müsabiqəsinin qalibi olub.
Komanda.az xəbər verir ki, bu, UEFA Grow və RESULT Sports rəqəmsal agentliyinin dəstəyi, AFFA-nın təşkilatçılığı ilə Klub Dəstək Proqramı çərçivəsində sosial media mövzusunda keçirilən seminarda açıqlanıb.
“Qəbələ” klubu tərəfindən təqdim edilmiş “Sağlam İnkişaf” layihəsi münsiflər heyətinin sesverməsinin nəticəsində qalib olub. Qalibə AFFA tərəfindən layihənin reallaşdırması üçün 5000 AZN məbləğində qrant ayrılacaq.
Seminardan sonra UEFA Grow və RESULT Sports rəqəmsal agentliyinin rəhbəri Mario Leo, Futbolun İnkişafı Fondunun (FİF) icraçı direktoru Tural Piriyev, AFFA-nın Marketinq və Sponsorluq Şöbəsinin mütəxəssisi Ağababa Nəcəfzadə və UEFA Milli Assosiasiyaların İnkişafı Şöbəsinin meneceri Aleksandr Kuçeravyi Qəbələyə səfər edib. Qonaqlar klubun bazası ilə yaxından tanış olublar. Səfər zamanı klub nümayəndələri ilə media və marketinq mövzusunda fikir mübadilələri aparılıb. Mario Leo və Aleksandr Kuçeravyiyə “Qəbələ” futbol klubunun formaları hədiyyə olunub.
Bizi Facebook-da izləyin