“Mançester Yunayted”in futbolçusu üçün mövsüm erkən bitdi

İngiltərənin “Mançester Yunayted” komandasının yarımmüdafiəçisi Pol Poqba mövsümü erkən başa vurub.

Komanda.az xəbər verir ki, bu barədə “qırmızı-şeytanlar”ın müvəqqəti baş məşqçisi Ralf Ranqnik açıqlama verib.

O, 29 yaşlı futbolçunun cari mövsüm meydana çıxa bilməyəcəyini söyləyib.

Xatırladaq ki, Pol Poqba “Liverpul”a 0:4 hesabı ilə uduzduqları Premyer Liqanın 30-cu turundan təxirə salınmış matçda zədələnib. Fransalı oyunçu cari mövsüm 27 görüşə çıxıb, 1 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button