“Baxın, yarımfinalda artıq iki İspaniya klubu var” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 finalında ümumi hesabda “Çelsi”ni üstələyərək (ilk oyun – 3:1, cavab matçı – 2:3) yarımfinala yüksəlmələri barədə danışıb. 

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, italiyalı məşqçi, qol vurma istəklərinin olmadığını söyləyib:

“Biz əziyyət çəkməli olduq. Fikrimcə, qol vurmaq istəyimiz yox idi. Üç qol buraxdıqdan sonra uğur naminə bütün gücümüzü verdik. Nəhayət, istədiyimizə nail olduq. Bu klubun, stadionun sehri özünü dünyaya göstərdi. Deyirlər ki, ispan klubları ingilislərdən zəifdir. Amma baxın, yarımfinalda artıq iki İspaniya klubu var”. 

1/4 finalda “Vilyarreal” da “Bayern”i üstələyərək, yarımfinala vəsiqə qazanıb. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button