Turun ən yaxşısı “Qarabağ”lı oldu
Azərbaycan Premyer Liqasının 2018/2019-cu illər mövsümünün 25-ci turunun ən yaxşı futbolçusu məlum olub.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, bu, “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubirdir. Fransız oyunçu “Keşlə”yə qarşı görüşdə 75 dəqiqə meydanda olub və 1 qolla yadda qalıb.
“Qarabağ” “Keşlə”ni 3:0 hesabıyla məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin