Azərbaycan yığmasının qrupunda lider uduzsa da, mövqeyini qorudu

21 yaşadək futbolçular arasında AÇ-2023-ün seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı A qrupunda da iki görüş baş tutub.

Qrup lideri Xorvatiya doğma meydanda Finlandiya ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı bu matçda xorvatlar gözlənilməz məğlubiyyətə üzülüblər – 2:3.

Avstriya yığması isə Norveçlə qarşılaşıb. Üç qolun qeydə alındığı bu görüşdə isə meydan sahibləri qələbə qazanıblar – 2:1.

Bu nəticələrdən sonra A qrupundakı xal durumu belədir:

Xorvatiya – 19, Avstriya – 16, Norveç – 15, Finlandiya – 13, Azərbaycan – 4, Estoniya – 0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button