Azərbaycan millisinin üzvü Rusiya klubu ilə anlaşdı

“Araz-Naxçıvan” futzal klubunun qapıçısı Rövşən Hüseynli karyerasını Rusiyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin üzvü bu barədə “feysbuk” səhifəsində yazıb. O, “Torpedo” ilə anlaşdığını bildirib.

31 yaşlı futzalçı 2014-cü ildən “Araz-Naxçıvan”da çıxış edirdi.

“Torpedo” hazırda Rusiya çempionatında liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button