“Mbappenin PSJ-də qalmasını istəyirəm” – federasiya prezidenti
Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qrey PSJ-nin hücumçusu Kilian Mbappenin gələcəyi ilə bağlı danışıb.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, federasiya rəhbəri, Mbappenin PSJ-də qalmasını istədiyini deyib:
“Mən Mbappenin PSJ-də qalmasını istəyirəm. Parisdə onun “qızıl top”u qazanmaq şansı gedəcəyi yerdən daha yüksəkdir.
Klubu dəyişəndə həmişə yeni mühitə alışmalısan. PSJ-nin uğursuz seriyası var, amma böyük klub olaraq qalır”.
Daha əvvəl Mbappenin Madrid “Real”ı ilə müqavilə imzalamağa razı olduğu bildirilirdi.
23 yaşlı fransalı futbolçu bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 37 oyunda 26 qol vurub, 17 məhsuldar ötürmə edib. Onun Paris klubu ilə müqaviləsi 2022-ci ilin 30 iyununa qədərdir.
Bizi Facebook-da izləyin