Premyer Liqa matçında qeyri-adi etiraz aksiyası

Ötən gecə futbol üzrə İngiltərə Premyer Liqasının 20-ci turundan təxirə salınmış “Everton” – “Nyukasl” oyunu keçirilib.

Komanda.az xəbər verir ki, meydan sahiblərinin 1:0 hesablı qələbəyə sevindiyi bu matçda qeyri-adi etiraz baş tutub.

21 yaşlı Lui əynində “Just stop Oil” (“Sadəcə nefti dayandırın”) yazılı formayla meydana çıxıb və özünü plastik qandalla qapıya bağlayıb. O, yeni neft yataqlarının işlənməsinə qarşı olduğu üçün bu addımı atıb. Stadionun təhlükəsizlik xidmətinin əməkdaşları onun plastik qandalını qırmaq üçün təxminən 10 dəqiqəyə yaxın çalışıblar və buna görə oyunda fasilə yaranıb.

Qeyd edək ki, “Just stop oil” ətraf mühitin qorunmasını müdafiə edən gənc eko-təşkilatdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button