Avropa Liqası: “Barselona”nın 1/4-dəki rəqibi məlum oldu

Bu gün UEFA Avropa Liqasında 1/4 və yarımfinal mərhələlərinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma Bakı vaxtı ilə saat 16:30-da başlayıb. Püşkün nəticəsinə görə, “Barselona” Avropa Liqasının 1/4 mərhələsində Almaniyanın “Ayntraxt” komandası ilə qarşılaşacaq.

1/4 finalın matçları aprelin 7-də və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq. Final matçı isə mayın 18-də, İspaniyanın Sevilya şəhərindəki “Roman Sançes-Pisxuan” stadionunda keçiriləcək.

Avropa Liqası, 1/4 final

Leyptsiq (Almaniya) – Atalanta (İtaliya)

Ayntraxt (Almaniya) – Barselona (İspaniya)

Braqa (Portuqaliya) – Reyncers (Şotlandiya)

Vest Hem (İngiltərə) – Lion (Fransa)

Yarımfinal

1. Leyptsiq (Almaniya) – Atalanta (İtaliya) / Braqa (Portuqaliya) – Reyncers (Şotlandiya)

2. Vest Hem (İngiltərə) – Lion (Fransa) / Ayntraxt (Almaniya) – Barselona (İspaniya)

Final

2-ci cütün qalibi – 1-ci cütün qalibi

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button