“Mançester Yunayted”in daha bir futbolçusu koronavirusa yoluxub

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandesin koronavirus testi müsbət çıxıb.

Komanda.az “Manchester Evening News”a istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun Çempionlar Liqasının 1/8 final mərhələsinin “Atletiko” ilə cavab oyununda iştirakı sual altındadır. Bu barədə “qırmızı şeytanlar”ın baş məşqçisi Ralf Ranqnik məlumat verib.

“Mançester Yunayted”də bir neçə gün əvvəl qapıçı David De Xeanın da koronavirus testi müsbət çıxmışdı.

“Mançester Yunayted” – “Atletiko” matçı sabah keçiriləcək və saat 00.00-da başlayacaq. İlk oyunda 1:1 hesabı qeydə alınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button