PSJ argentinalı futbolçunu itirdi
PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariya Çempionlar Liqasının 1/8 final mərhələsinin “Real”la cavab oyununda (1:3) zədələnib.
Komanda.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, argentinalı futbolçu sağ bud nahiyəsindən zədə alıb. Onun bərpa müddətinin üç həftə çəkəcəyi deyilir.
PSJ iki oyunun nəticəsinə görə “Real”a uduzaraq, Çempionlar Liqası ilə vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin